Bakıda ən bahalı torpaq harada satılır? – QİYMƏTLƏR

Bakıda ən bahalı torpaq harada satılır? – QİYMƏTLƏR

Hazırda oxunan: Bakıda ən bahalı torpaq harada satılır? – QİYMƏTLƏR
261752
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin iyun ayında Bakının bütün rayonlarında torpaq sahələrinin orta qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə kəskin artıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Report”a "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc məlumat verib.

Onun sözlərinə görə, ən yüksək bahalaşma və qiymət səviyyəsi Səbail rayonunda qeydə alınıb.

Burada bir sot torpağın orta qiyməti 422 780 manat təşkil edib ki, bu da illik müqayisədə 28 % çoxdur.

Nərimanov və Nəsimi rayonları da torpaq bazarında yüksək göstəricilərlə seçilib. Nərimanovda orta qiymət 296 591 manat (+ 13 % ), Nəsimidə isə 292 385 manat (+20 % ) olub.

Ötən ay bir sot torpağın orta qiyməti Yasamal rayonunda 202 588 manat (+25 %), Xətai rayonunda 232 965 manat (+12 %), Nizami rayonunda 63 842 manat (+18 %), Binəqədi rayonunda 54 875 manat (+14 %), Sabunçu rayonunda 46 352 manat (+10,5 %), Xəzər rayonunda 25 988 manat (+11 %), Suraxanı rayonunda 25 541 manat (+10 %), Qaradağ rayonunda 14 971 manat (+7 %), Pirallahı rayonunda isə 9 124 manat (+8 %) olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO