Vətən müharibəsi zamanı əsir götürülən azərbaycanlı: “Mənə işgəncələr verildi”

Vətən müharibəsi zamanı əsir götürülən azərbaycanlı: “Mənə işgəncələr verildi”

Hazırda oxunan: Vətən müharibəsi zamanı əsir götürülən azərbaycanlı: “Mənə işgəncələr verildi”
261616
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyulun 25-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Vəliəhəd Vəliyev bildirib ki, 2020-ci ildə baş vermiş 44 günlük müharibə zamanı oktyabrın 22-də Zəngilanda güllə və qəlpə yaraları alaraq Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən əsir götürülüb.

Bizim.Media xəbər verir ki, o, həmin vaxt hərbçi yoldaşlarının şəhid olduğunu söyləyib.
 

Zərərçəkmiş şəxs deyib ki, əsirlikdə olduğu müddətdə sağaldıqdan sonra işgəncələrə məruz qalıb, o cümlədən sağ ayağının baş barmağı kəlbətinlə sıxılıb, sifət nahiyəsində yumruq-təpik, ayaq və qollarına dəyənəklə zərbələr endirilib.


O, dekabrın 14-də Azərbaycana təhvil verilib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO