MEDİA vətəndaşlara, jurnalistlərə və ictimai fəallara ÇAĞIRIŞ ETDİ - FOTO

MEDİA vətəndaşlara, jurnalistlərə və ictimai fəallara ÇAĞIRIŞ ETDİ - FOTO

Hazırda oxunan: MEDİA vətəndaşlara, jurnalistlərə və ictimai fəallara ÇAĞIRIŞ ETDİ - FOTO
261028
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Medianın İnkişafı Agentliyi sosial şəbəkə hesablarında paylaşılmış saxta informasiya ilə bağlı açıqlama yayıb.

Bizim.Media açıqlamanı təqdim edir:

“Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubovun adından guya Azərbaycanın Rusiyaya qarşı aqressiv siyasət yürütdüyünə dair “deep fake” texnologiyası ilə hazırlanmış, heç bir reallığı əks etdirməyən açıqlama yayılmışdır.
 

Qeyd edirik ki, bəlli dairələr tərəfindən süni intellektin köməyi ilə yaradılaraq informasiya mühitini çirkləndirməyə yönəlmiş bu saxta videogörüntülər ictimai rəyi çaşdırmağa xidmət edən kobud manipulyasiya nümunəsidir.


Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa çağıraraq xatırladırıq ki, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları rəsmi mənbələrdən, eləcə də ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə edə bilərsiniz.

Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, “deep fake” texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik”.

MEDİA vətəndaşlara, jurnalistlərə və ictimai fəallara ÇAĞIRIŞ ETDİ - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO