“Sərham” MMC sakinlərin şikayətinə münasibət bildirdi:  “Bununla bağlı texnoloqa məlumat verəcəyik...”

“Sərham” MMC sakinlərin şikayətinə münasibət bildirdi: “Bununla bağlı texnoloqa məlumat verəcəyik...”

Hazırda oxunan: “Sərham” MMC sakinlərin şikayətinə münasibət bildirdi: “Bununla bağlı texnoloqa məlumat verəcəyik...”

260173

Dünən saytımızda ““Sərham” MMC-nin istehsal etdiyi çörəklərdən şikayət” başlıqlı yazını işıqlandırmışdıq.

xa0
Moderator.az-a şikayət edən vətəndaşlar “Sərham” MMC-nin (Bakıxanov Çörək Zavodu) istehsal etdiyi çörəklərin digər çörəklərə nisbətən tez quruduğunu bildirmişdi. Həmin yazını bu linkə daxil olmaqla oxuya bilərsiniz: (//www.moderator.az/news/259967.html?fbclid=IwAR15RDpsuJUP6lW27J974HC6wsLJ6yHoIG3_FGotSW1szfeJ0X0IXYspuhA).

Problemlə bağlı “Sərham” MMC-ilə əlaqə saxlayan əməkdaşımız məsələyə aydınlıq gətirməyə çalışıb. Qurumun Rövşən adlı işçisi çörəyin bərkiməsini nə təkzib, nə tə təsdiq edib, amma bildirib ki, sakinlərin şikayətini nəzərə alaraq səhvlərini düzəldərlər:

“Biz bununla bağlı texnoloqa məlumat verərik. Ola bilsin ki, sobanın yanma sürətini azaltığı üçün çörək bişəndən sonra tez bir zamanda quruyur. Buna görə müştərilərimizə bildirmək istəyirik ki, narahat olmasınlar, tez bir zamanda problemi aradan qaldırarıq”.

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO