Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay UZADILDI

Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay UZADILDI

Hazırda oxunan: Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay UZADILDI
260114
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın Yekaterinburq şəhərində yerli hüquq mühafizə orqanları tərəfindən saxlanılan azərbaycanlıların işi üzrə məhkəmə keçirilib.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, 2001,2010 və 2011-ci illərdə baş vermiş cinayət işləri üzrə təqsirləndirilən Məzahir, Ayaz, Akif, Bakir və Kamal Səfərovlar, Əhliman Gənciyev, Şahid Lalayev və Əziz Abbasov barəsində həbs qətiimkan tədbirinin uzadılmasına baxılıb.
 

Məhkəmə saxlanılan şəxslərin hamısı barəsində həbs qətiimkan tədbirinin daha üç ay müddətinə uzadılması barədə qərar verib, azərbaycanlıları oktyabrın 19-dək həbsdə saxlayıb.


Məhkəmə prosesləri qapalı, medianın iştirakı olmadan keçirilib. Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğunun əməkdaşları proseslərdə iştirak ediblər.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti, İstintaq Komitəsi və Rosqvardiya Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib, 10-dan çox şəxsi saxlayıblar. Saxlanılan şəxslər Rosqvardiyanın idarəsinə gətirilərək onlara işgəncə verilib. Nəticədə iki Azərbaycan vətəndaşı - Ziyəddin Səfərov və Hüseyn Səfərov ölüb, bir neçə nəfər yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO