Rus bölməsində oxuyanların bu fənn üzrə imtahan nəticələri daha yüksəkdir – Məleykə Abbaszadə

Rus bölməsində oxuyanların bu fənn üzrə imtahan nəticələri daha yüksəkdir – Məleykə Abbaszadə

Hazırda oxunan: Rus bölməsində oxuyanların bu fənn üzrə imtahan nəticələri daha yüksəkdir – Məleykə Abbaszadə
259812
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Rus bölməsi üzrə ingilis dili fənnindən imtahan nəticələri daha yüksəkdir". 

Bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün keçirilən 2024/2025-ci tədris ili üçün  tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlilinin ictimai müzakirələri ilə bağlı keçirilən tədbirdə qeyd edib. 

O, bildirib ki, burada təkcə rus-Azərbaycan yox, şəhər-kənd məsələsi var:

“Rus bölməsi əsasən şəhərlərdədir. İngilis dili müəllimləri, dilin tətbiqi şəhərlərdə daha çoxdur. Dövlət sifarişli yerlərə rus-Azərbaycan bölməsinin abituriyentlərinin müsabiqəsi eynidir. Azərbaycan bölməsinin məzunlarının sayı çoxdur deyə rus bölməsinin müsabiqədə iştirakı aşağıdır. Dövlət sifarişli yerlərin 5-8%-nə rus bölməsi məzunları qəbul olub". 

Nəzrin Mirzəyeva, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO