
- A-
- A
- A+
DİM: “Bu il dövlət sifarişi ilə təhsil alanların sayı artıb”
"Bu il dövlət sifarişli yerlərin sayı 2% artıb. Əsas müsabiqə vəziyyəti dövlət sifarişli yerlərdə yaranır. Hər il burada keçid balları, ödənişli ixtisaslarla müqayisədə yüksəkdir. 2025-ci ildə I qrupda müsabiqə faizi 1.5 % azalıb, II qrupda 4% artıb, III qrupda 9% artıb, IV qrupda 7.5 % artıb. Ümumi olaraq I və IV qruplara sənəd verənlərin arasında müsabiqə vəziyyəti artıb. V qrupda da müsabiqə vəziyyəti artıb”.
Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün keçirilən 2024/2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlilinin ictimai müzakirələri ilə bağlı keçirdiyi tədbirdə deyib.
Onun sözlərinə görə bu nəticələr abituriyentlərin ərizələrinə əsasəndir.
Real vəziyyət abituriyentlərin nəticələri yekunlaşandan sonra bilinəcək.
Nəzrin Mirzəyeva, Sadiq Məmmədov Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































