3 uşağın meyiti tapıldı — Azərbaycanda tükürpədici hadisənin DETALLARI

3 uşağın meyiti tapıldı — Azərbaycanda tükürpədici hadisənin DETALLARI

Hazırda oxunan: 3 uşağın meyiti tapıldı — Azərbaycanda tükürpədici hadisənin DETALLARI
258453
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şəmkirdə 3 uşağın suda boğulmasının bəzi təfərrüatları məlum olub.

Bizim.Media xəbər verir ki, rayonun Qədimqala kəndinin sakinləri olan, 2016-cı il təvəllüdlü Nadirli Fərdi Teymurxan oğlu, 2018-ci il təvəllüdlü Nadirli Rəvan Teymurxan oğlu və əmisi oğulu, 2021-ci il təvəllüdlü Nadirli İsmayıl Nəriman oğlu birlikdə suni göldə çimməyə gediblər.

Ehtimallara görə, 4 yaşlı İ.Nadirli suda batıb, bu zaman iki qardaş onu xilas etməyə çalışsalar da, onlar da suda boğulublar.

Qeyd edək ki, onların valideynləri kənddə əkin-biçinlə məşğuldur.
 

Xatırladaq ki, Şəmkir rayonunun Qədimqala kəndində 3 nəfərin göldə batması barədə daxil olmuş məlumat əsasında Fövqəladə Hallar Nazirliyi (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb və hər 3 uşağın meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.


Faktla bağlı araşdırma aparılır. (report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO