Traktorla üç yaşlı uşağı vurub öldürən yeniyetmə HƏBS EDİLDİ

Traktorla üç yaşlı uşağı vurub öldürən yeniyetmə HƏBS EDİLDİ

Hazırda oxunan: Traktorla üç yaşlı uşağı vurub öldürən yeniyetmə HƏBS EDİLDİ
256314
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Lənkəran Ağır Cinayətlər Məhkəməsində üç yaşlı oğlanın ölümündə təqsirləndirilən 2008-ci il təvəllüdlü Məhəmməd Əmirovun (soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, prosesdə traktor sürücüsünə hökm oxunub.
 

Məhkəmənin hökmü ilə, M.Əmirov 5 il 6 ay azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib.


İttihama görə, hadisə Cəlilabad rayonunun Uzuntəpə kəndində baş verib. Kənd sakini M.Əmirov atasına məxsus traktoru hərəkətə gətirərkən qonşuları, 3 yaşlı Cahid Vahabov traktorla qoşqunun arasında qalıb. Azyaşlı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

C.Vahabov aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Təqsirləndirilən şəxs uşağı xəstəxanaya apararkən yalan məlumat verərək, uşağın pilləkəndən yıxıldığını desə də, araşdırmalar zamanı azyaşlının traktorun altında qalaraq xəsarət aldığı məlum olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO