"WhatsApp"ın Android versiyasına "iPhone" istifadəçilərinin sevdiyi xüsusiyyət gəlir

"WhatsApp"ın Android versiyasına "iPhone" istifadəçilərinin sevdiyi xüsusiyyət gəlir

Hazırda oxunan: "WhatsApp"ın Android versiyasına "iPhone" istifadəçilərinin sevdiyi xüsusiyyət gəlir
255130
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünyanın ən populyar ani mesajlaşma tətbiqi olan “WhatsApp” Android istifadəçiləri üçün yeni bir funksiyanı sınaqdan keçirir.

Bizim.Media “Valyuta.az”a istinadən xəbər verir ki, tətbiqin "2.25.18.29" kodlu beta versiyasında sənəd skan etmə funksiyası aşkarlanıb. Bu xüsusiyyət artıq bir müddətdir ki, “iPhone”larda mövcuddur.

Yeni funksiyanın tətbiqi ilə Android istifadəçiləri artıq əlavə tətbiqlərə ehtiyac olmadan "WhatsApp" vasitəsilə birbaşa sənəd skan edib fərdi və ya qrup söhbətlərində paylaşa biləcəklər. Hal-hazırda sənəd skan etmək telefon kameraları ilə mümkündür, lakin bu funksiyanın "WhatsApp"a inteqrasiya olunması istifadəçilər üçün daha rahat alternativ yaradacaq.

Yeni imkan tətbiqin daxilində söhbət ekranında "sənəd göndər" seçimindən istifadə edildikdə görünəcək. Burada “scan document ” adlı yeni düymə təqdim olunacaq. İstifadəçilər bu seçim vasitəsilə sənədləri həm avtomatik, həm də əl ilə skan edə biləcəklər.

Hazırda bu funksiya yalnız beta test mərhələsindədir və "Meta" şirkəti tərəfindən rəsmi açıqlama verilməyib. Bu səbəbdən Android istifadəçilərinin funksiyanın stabil versiyada istifadəyə verilməsi üçün bir qədər də gözləməli olacaqları bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO