Lənkəranda ağır qəza: “06”nın sürücüsü xəsarət aldı – FOTO

Lənkəranda ağır qəza: “06”nın sürücüsü xəsarət aldı – FOTO

Hazırda oxunan: Lənkəranda ağır qəza: “06”nın sürücüsü xəsarət aldı – FOTO
254963
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Lənkəran rayonunun Parakənd kəndi ərazisində yol qəzası qeydə alınıb. Belə ki,  Xanbulan kənd sakini, 1954-cü il təvəllüdlü Xannəzər Abuzər oğlu Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı minik maşını ilə Lənkəran şəhər sakini, 1998-ci il təvəllüdlü Allahverdi Yusif oğlu Şərbətovun sürdüyü “Mercedes” markalı yük avtomobili toqquşub.

Bizim.Media xəbər verir ki, hadisə zamanı "Mercedes"in sürücüsü bildirib ki, qarşı tərəfin avtomobili qəfil manevr edərək onun hərəkət zolağına çıxıb və toqquşma qaçılmaz olub.

Zərbənin gücündən hər iki nəqliyyat vasitəsi yolun kənarında yerləşən iri ağaclara çırpılıb.

Qəza nəticəsində "VAZ-2106"nın sürücüsü Xannəzər Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, təcili tibbi yardım briqadası tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər ona sağ ayağın 1/3 hissəsinin sınığı diaqnozunu qoyublar və müalicə üçün uyğun şöbəyə yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Lənkəranda ağır qəza: “06”nın sürücüsü xəsarət aldı – FOTO - foto 1
Lənkəranda ağır qəza: “06”nın sürücüsü xəsarət aldı – FOTO - foto 2

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO