Bakı metrosunda nasazlıq:  Qatar boşaldıldı

Bakı metrosunda nasazlıq: Qatar boşaldıldı

Hazırda oxunan: Bakı metrosunda nasazlıq: Qatar boşaldıldı

254821
Bakı metrosunda qatarda nasazlıq yaranıb.

Moderator.az xəbər verir ki, bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, metronun “Sahil” stansiyasında qatarda texniki problem olduğu müşahidə edilib:

“Maşinist bu barədə bizə məlumat verib. Hadisə 13:50 radələrində “Həzi Aslanov”-“İçərişəhər” marşrutu üzrə hərəkət edən qatarda olub. Problemlə əlaqədar sərnişinlərdən qatarı boşaltmaları xahiş olunub. Qatar birbaşa depoya göndərilib. Onun əvəzinə isə stansiyaya yeni qatar buraxılıb. İntervalda heç bir dəyişiklik olmayıb. Qatarda yaranan texniki nasazlığın səbəbləri araşdırılır. Bu barədə mətbuata açıqlama veriləcək”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO