"Uşaq pulu" ilə bağlı RƏSMİ AÇIQLAMA

"Uşaq pulu" ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: "Uşaq pulu" ilə bağlı RƏSMİ AÇIQLAMA
253958
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi çoxuşaqlı ailə anlayışının 5 uşaqdan 3 uşağa endirilməsi ilə bağlı təkliflərə münasibətini açıqlayıb.

Bizim.Media-nın məlumatına görə, nazirlikdən bildirilib ki, qanunvericiliyə əsasən beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, hər uşağa görə 105 manat məbləğində sosial müavinət təyin edilir və uşağın 18 yaşı tamam olan ayın sonunadək ödənilir.

Qeyd edilib ki, hazırda respublika üzrə 3 minə yaxın qadına 12,7 minə yaxın uşağa görə bu müavinət növü ödənilir:

“Qeyd olunan müavinətin təyin olunması şərtlərinə dəyişiklik edilməsi ilə bağlı hər hansı layihə hazırlanmır”.

Xatırladaq ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və bir sıra deputatlar çoxuşaqlı ailə anlayışının 5 uşaqdan 3 uşağa endirilməsi ilə bağlı təkliflə çıxış ediblər. Musa Quliyev komitə iclasında qeyd etmişdi ki, aidiyyəti orqanla çoxuşaqlı ailə modelinə yenidən baxılması məsələsi müzakirə olunur və onlar da bu məsələdə müsbət fikirdədirlər. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO