Xəzər dənizi ilə Azərbaycana narkotik keçirmək istəyən 3 İran vətəndaşı TUTULDU – FOTO

Xəzər dənizi ilə Azərbaycana narkotik keçirmək istəyən 3 İran vətəndaşı TUTULDU – FOTO

Hazırda oxunan: Xəzər dənizi ilə Azərbaycana narkotik keçirmək istəyən 3 İran vətəndaşı TUTULDU – FOTO
252972
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəzər dənizi vasitəsi ilə külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.

Bu barədə Bizim.Media-ya Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, may ayının 29-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin cənub istiqamətində ümumi çəkisi 24 kiloqram 270 qram nаrkоtik vasitə (24 kq 170 qram marixuana; 100 qram tiryək) aşkar olunaraq götürülüb.

Həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində həmin narkotik vasitələri ölkə ərazisinə keçirməyə cəhd göstərən 3 (üç) nəfər heyət üzvü İran İslan Respublikasına məxsus mühərriklə təchiz edilmiş “Yamaha-55” markalı “Layner” tipli qayıqla birlikdə Azərbaycan Respublikasının ərazi sularını tərk etməyə cəhd göstərərkən saxlanılıb.

Araşdırma zamanı sərhəd pozucularının İran vətəndaşları – 1984-cü il təvəllüdlü Vahid Layği Sudif, 1985-ci il təvəllüdlü Xalid Yazdani Nurullah və 1986-cı il təvəllüdlü Monşinejat Tohid Nəriman olduğu müəyyən edilib.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Xəzər dənizi ilə Azərbaycana narkotik keçirmək istəyən 3 İran vətəndaşı TUTULDU – FOTO - foto 1
Xəzər dənizi ilə Azərbaycana narkotik keçirmək istəyən 3 İran vətəndaşı TUTULDU – FOTO - foto 2
Xəzər dənizi ilə Azərbaycana narkotik keçirmək istəyən 3 İran vətəndaşı TUTULDU – FOTO - foto 3


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO