Bu aylarda qarpız yemək olar?

Bu aylarda qarpız yemək olar?

Hazırda oxunan: Bu aylarda qarpız yemək olar?
252082
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Havalar isindikcə sevimli meyvələrimizin də mövsümü gəlib çatır. Hazırda bazar və marketlərdə qarpızlara da rast gəlmək olur.

Bəs indiki aylarda qarpız orqanizm üçün nə qədər faydalıdır?

Bizim.Media xəbər verir ki, qida eksperti Fərid Səfərov Metbuat.az-a açıqlamasında bildirib ki, iyul və avqust ayında yetişən qarpız və yemiş orqanizm üçün faydalıdır.

Tərkibi bol sulu olduğu üçün yayda sərinlik gətirir, susuzluğu aradan qaldırır. Həm də tərkibində şəkər miqdarı çoxdur, normadan artıq qəbulu qan şəkərinin yüksəlməsinə, çəki artımına səbəb ola bilər:

“Unutmaq olmaz ki, bu meyvələri mövsümündən kənar yetişdirmək üçün müxtəlif kimyəvi maddələrdən, dərmanlardan istifadə edirlər. Ona görə də müxtəlif pis nəticələrə, əsasən də zəhərlənmə hallarına səbəb ola bilər. Qarpız alarkən və istifadə edərkən diqqət edin ki, rəngi tünd yaşıl və üzərindəki zolaqlar görünən olsun.

Həmçinin yumşaq, əzilmiş, solğun rəngli qarpız almayın.

Qarpızı çox uzun müddət soyuducuda saxlamaq olmaz. Tumları yerindən çıxmış və iyi, rəngi dəyişmiş halda olmamalıdır. Yeməmişdən əvvəl iyinə, rənginə diqqət edin, özünəməxsus xoş, şirin iyli və tünd qırmızı rəngdə olmalıdır”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO