Ən yüksək əməkhaqqını bu peşə sahibləri ALIR – SİYAHI

Ən yüksək əməkhaqqını bu peşə sahibləri ALIR – SİYAHI

Hazırda oxunan: Ən yüksək əməkhaqqını bu peşə sahibləri ALIR – SİYAHI
251979
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müasir dövrdə ixtisas seçimi yalnız maraqlara deyil, həm də maddi təminata əsaslanır. Əmək bazarının dinamikası və texnologiyanın sürətli inkişafı bəzi peşələrin daha yüksək əməkhaqqı ilə qiymətləndirilməsinə səbəb olur. Xüsusilə informasiya texnologiyaları, maliyyə, tibb və hüquq sahələrində çalışan mütəxəssislər əmək bazarında ən yüksək qazanc əldə edənlər sırasındadır.

Maraqlıdır, ən yüksək əməkhaqqı alanlar da bu sahə adamlarıdır?

Bizim.Media-ya açıqlamasında təhsil-eksperti Elçin Əfəndi bildirib ki, hazırda Azərbaycanda ən yüksək əməkhaqqı alan ixtisas sahələri əsasən maliyyə, neft-qaz və informasiya texnologiyalarıdır:

“Bu sahələr əmək bazarında ən perspektivli hesab olunur və yüksək gəlir təmin edir. Eyni zamanda, həkimlik, tibb və hüquq sahələri də gəlirli və tələb  olunan ixtisaslar sırasındadır”, - deyə o qeyd edib.

Ekspert bildirir ki, maliyyə ixtisası üzrə təhsil alanların hamısı mütləq ixtisası üzrə işləməsə də, ümumi tendensiya bu sahələrin gələcəkdə də önəmli olacağını göstərir:

“Sosial baxımdan isə yüksək maaş alan sahələrin üstünlük təşkil etməsi əmək bazarında bərabərsizlik yarada bilər və ixtisas seçimlərinə təsir göstərir. Beləliklə, ölkədə iqtisadi inkişaf və əmək bazarının tələblərinə uyğun olaraq, maliyyə, neft-qaz, informasiya texnologiyaları, səhiyyə və hüquq sahələri ən perspektivli ixtisas sahələri kimi diqqət mərkəzindədir”, - deyə ekspert diqqətə çatdırıb.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO