Leyla Əliyeva “Cırtdan nağıllar aləmində” adlı ailəvi meqa-şouda  - FOTOLAR

Leyla Əliyeva “Cırtdan nağıllar aləmində” adlı ailəvi meqa-şouda - FOTOLAR

Hazırda oxunan: Leyla Əliyeva “Cırtdan nağıllar aləmində” adlı ailəvi meqa-şouda - FOTOLAR

251459

Bakı Konqres Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Cırtdan nağıllar aləmində” adlı ailəvi meqa-şou təşkil edilib.xa0Modern.azxa0xəbər verir ki, tədbirdə Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

xa0

İlk dəfə təşkil edilən bu meqa-şoudan əvvəl mətbuat konfransı keçirilib. Bakı Konqres Mərkəzinin direktoru Ramin Qazızadə, rejissor İlham Qasımov, Cırtdan rolunu canlandıran aktyor İlham Süleymanlı və Talassemiya Mərkəzinin elmi işlər üzrə müavini Ramin Bayramlı jurnalistlərin suallarını cavablandırıblar.

xa0

Sonra 40 artist zalda uşaqları müxtəlif səpkili oyunlarla əyləndirib. Ümumi olaraq oyunda 80 aktyor və rəqqas iştirak edib.

xa0

Şounun süjet xəttinə əsasən valideynləri Cırtdanı evdə qardaşı ilə birlikdə qoyaraq gedirlər. Bir müddət sonra Cırtdan qardaşını itirir və sonra onu axtarmağa başlayır. Qara qüvvələrə öz xeyirxahlığı ilə qalib gələn Cırtdan tamaşaçılara yaddaqalan və əlvan təəssürat bəxş edir. Göydən düşən ulduzlar, səmaya pərvaz edən əlvan pərilər Cırtdanla birlikdə tamaşaçıları sehrli aləmə aparır. Şounun sonunda Cırtdan qardaşına qovuşur və Məlikməmmədlə Əjdahanın köməyi ilə qara qüvvələr tərəfindən tilsimlənmiş Yeni ili geri qaytarırlar.

xa0

Şouda 300-dək əlvan kostyum, 120-dək müxtəlif oyuncaqdan istifadə edilib. Şou uşaqlarla yanaşı, böyüklər üçün də maraqlıdır. Bir sözlə, bənzərsiz, rəngarəng və yaddaqalan şou Yeni ildə tamaşaçıların zövqünü oxşayacaq və insanlar bu şoudan böyük zövq alacaqlar. Şou yanvarın 6-dək davam edəcək və ümumilikdə 17 seans olacaq. Xeyriyyə məqsədi daşıyan şoudan əldə olunan gəlir Talassemiya Mərkəzinə köçürüləcək.

xa0

Bu təşəbbüs bir daha sübut edir ki, humanistlik və xeyirxahlıq dəyərlərini fəaliyyətində əsas meyar kimi müəyyən edən Heydər Əliyev Fondu gələcəyimiz olan uşaqların milli ruhda böyüməsi, eyni zamanda, onların bəşəri dəyərlərə hörmət ruhunda tərbiyə almasına mühüm töhfələr verir.

xa0

Layihə xüsusi qayğıya ehtiyacı olan insanların, o cümlədən uşaqların sağlamlığının bərpa və təmin olunmasına Heydər Əliyev Fondu tərəfindən göstərilən dəstəyin ardıcıl xarakter aldığını nümayiş etdirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO