Mağazalarda geyimdəyişmə otaqlarından istifadə qadağan edildi

Mağazalarda geyimdəyişmə otaqlarından istifadə qadağan edildi

Hazırda oxunan: Mağazalarda geyimdəyişmə otaqlarından istifadə qadağan edildi

25083

Ticarət obyektlərində geyim satışı zamanı dəyişmə otaqlarından istifadə qadağandır.

Bizim.Media xəbər verir ki, bu, “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”də əksini tapıb.

Kosmetika və ətriyyat satışı zamanı isə nümunə üçün ayrılmış kosmetik vasitələrin istifadəsi qadağan edilib.

Sənədə əsasən, qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti zamanı isə müştəri tərəfdən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya edilməlidir.

Qeyd edək ki, bu tələblər səhiyyə nazirinin müavini, Respublikanın baş dövlət sanitariya həkiminin 2021-ci il 07 iyun tarixli 01 nömrəli Qərarı ilə təsdiq edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO