"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik MƏBLƏĞ

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik MƏBLƏĞ

Hazırda oxunan: "Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik MƏBLƏĞ
250358
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının Nərimanov rayonunda yerləşən məşhur “Şəki” restoranının sökülməsi səbəbindən sahibinə külli miqdarda kompensasiya verilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Globalinfo.az”a etibarlı mənbədən məlumat daxil olub.

Bildirilir ki, ərazidə yol infrastruktunun yenidən qurulması səbəbindən sözügedən restoran sökülüb, sahibinə isə kompensasiya olaraq 14 milyon manat verilib. Sənədləşmə prosesində bu məbləğin bir neçə dəfə az göstərildiyi vurğulanıb.

“Şəki” restoranının sahibinin hazırda Mərdəkan qəsəbəsində eyniadlı obyekt tikdirdiyi deyilir.

Qeyd edək ki, “Şəki” restoranı Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsindəki dairənin ləğv edilərək yerində avtomobil tunelinin inşası səbəbindən sökülüb.

Xatırladaq ki, Nərimanov rayonu ərazisində daha bir məşhur iaşə obyekti – “Şuşa” restoranı sökülüb. Sahibinin iddiasına görə, ona kompensasiya olaraq 3 milyon verilib. Obyekt sahibi bu məbləğə görə narazılıq edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO