Quba şəhidi 32 il sonra doğma torpağına qovuşdu – FOTO/VİDEO

Quba şəhidi 32 il sonra doğma torpağına qovuşdu – FOTO/VİDEO

Hazırda oxunan: Quba şəhidi 32 il sonra doğma torpağına qovuşdu – FOTO/VİDEO
249697
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Birinci Qarabağ Müharibəsində Murovdağda itkin düşmüş Elşən İsaməddin oğlu Ərzumanovun nəşi 32 ildən sonra doğulduğu Quba rayonuna gətirilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, əvvəlcə şəhidin cənazəsi Quba şəhərinin girəcəyində rayon rəsmiləri, ziyalılar, gənc və məktəblilər, doğmaları tərəfindən xüsusi ehtiramla qarşılanıb.

Vaxtilə yaşadığı evdə təşkil olunan vida mərasimindən sonra Elşən Ərzümanovun nəşinin qalıqları Quba şəhərindəki Şəhidlər Xiyabanına gətirilib.
 

Hərbi orkestrm ifasında Azərbaycanın Dövlət hiimni səslənib. Elşən Ərzümamov 32 ildən somra doğma rayonunda torpağa tapşırılıb. 


Şəhidin xatirəsinə 3 dəfə yaylım atəşı açılıb. Quba icra başçısı İlqar Mahmudov şəhidin cənazəsi bükülmüş Azərbaycan bayrağını Elşənin qardaşına təqdim edib. Bildirib ki, Qarabağ uğrunda həyatını itirən hər bir şəxs Azərbaycan xalqının sevimlisi olaraq qəlblərdə yaşayacaq.




Quba şəhidi 32 il sonra doğma torpağına qovuşdu – FOTO/VİDEO - foto 1
Quba şəhidi 32 il sonra doğma torpağına qovuşdu – FOTO/VİDEO - foto 2
Quba şəhidi 32 il sonra doğma torpağına qovuşdu – FOTO/VİDEO - foto 3
Quba şəhidi 32 il sonra doğma torpağına qovuşdu – FOTO/VİDEO - foto 4
Quba şəhidi 32 il sonra doğma torpağına qovuşdu – FOTO/VİDEO - foto 5
Quba şəhidi 32 il sonra doğma torpağına qovuşdu – FOTO/VİDEO - foto 6
Quba şəhidi 32 il sonra doğma torpağına qovuşdu – FOTO/VİDEO - foto 7
Quba şəhidi 32 il sonra doğma torpağına qovuşdu – FOTO/VİDEO - foto 8
Quba şəhidi 32 il sonra doğma torpağına qovuşdu – FOTO/VİDEO - foto 9

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO