"WhatsApp"dan 15 il sonra bir İLK

"WhatsApp"dan 15 il sonra bir İLK

Hazırda oxunan: "WhatsApp"dan 15 il sonra bir İLK
248716
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"WhatsApp" tərtibatçıları "Apple" planşetlərinin istifadəçilərinə ilk dəfə olaraq tətbiqə tam giriş təklif edərək, "iPad" üçün mesajlaşma proqramının rəsmi beta-testinə başlayıblar.

Bizim.Media xəbər verir ki, testə qeydiyyat "Reddit" forumunun istifadəçiləri tərəfindən müşahidə edilib.
 

Qeydiyyat "TestFlight" platforması vasitəsilə təklif edilsə də, hazırda boş yerlər mövcud deyil.


Hazırda "Apple" planşetlərinin istifadəçiləri "WhatsApp"dan veb-versiya formatında istifadə edə bilərlər. Bu formada mesajlaşma proqramı əsas funksiyaları dəstəkləyir: Mesajlaşma, audio və video zənglər. Lakin "iPad" üçün tamfunksiyalı tətbiqin buraxılması yeni imkanlar, həmçinin daha rahat və genişlənmiş funksionallıq təqdim edəcək.

Xatırladaq ki, ilk "iPad" 2010-cu ildə buraxılıb və o vaxtdan bəri bu cihazlar planşetlər kateqoriyasında ən populyar qurğulardan biri olaraq qalır. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO