Lerikdə 62 yaşlı qadın tur zamanı dərəyə YIXILDI – FOTO/VİDEO

Lerikdə 62 yaşlı qadın tur zamanı dərəyə YIXILDI – FOTO/VİDEO

Hazırda oxunan: Lerikdə 62 yaşlı qadın tur zamanı dərəyə YIXILDI – FOTO/VİDEO
248504
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Lerik rayonunun Sıvakəran kəndində tur zamanı xoşagəlməz hadisə baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qax rayon sakini, 1963-cü il təvəllüdlü Elmira Vaqif qızı Abbasova səfər etdiyi qrupla birlikdə kənd ərazisində yerləşən şəlaləyə baxmağa gedərkən ayağı sürüşüb və hündürlükdən dərəyə yıxılıb.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin 6 nəfərlik xilasedici qrupu cəlb olunub.

Xilasedicilər meşəlik ərazidə təxminən 500 metr məsafəni piyada qət edərək xəsarət alan qadına ilkin tibbi yardım göstəriblər. Daha sonra qadın xüsusi avadanlıqlar vasitəsilə dərədən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.




Lerikdə 62 yaşlı qadın tur zamanı dərəyə YIXILDI – FOTO/VİDEO - foto 1
Lerikdə 62 yaşlı qadın tur zamanı dərəyə YIXILDI – FOTO/VİDEO - foto 2
Lerikdə 62 yaşlı qadın tur zamanı dərəyə YIXILDI – FOTO/VİDEO - foto 3
Lerikdə 62 yaşlı qadın tur zamanı dərəyə YIXILDI – FOTO/VİDEO - foto 4

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO