Bakıda avtobusda qeyri-adi elan: Bunu edənə pul verilir - FOTO

Bakıda avtobusda qeyri-adi elan: Bunu edənə pul verilir - FOTO

Hazırda oxunan: Bakıda avtobusda qeyri-adi elan: Bunu edənə pul verilir - FOTO
248056
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Paytaxt marşrut avtobuslarından birində sərnişinlərin diqqətini çəkən qeyri-adi elan sərgilənib.

Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə maraqlı bir iş elanı sürətlə yayılmağa başlayıb.
 

Avtobusun salonuna yerləşdirilən elanda bu ifadələr yer alıb: "Diqqət! Sərnişinlərin nəzərinə. Sürücünün nağd pul aldığını çəkilişlə çəkənə 30 manat mükafat verilir".


Qeyd olunan elan qısa müddət ərzində sosial mediada geniş rezonans doğurub. İstifadəçilərin bir qismi bunu maraqlı təşviq vasitəsi hesab etsə də, digərləri məsələni şəxsi məxfiliyin pozulması kimi qiymətləndirib.

Hazırda bunun hansı nəqliyyat şirkəti tərəfindən həyata keçirildiyi və bu təşəbbüsün məqsədi ilə bağlı rəsmi açıqlama yoxdur. Lakin ehtimallar ondan xəbər verir ki, bu cür addım sürücülərin nağd ödəniş qəbul etməsinin qarşısını almaq məqsədi daşıyır. (Milli.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO