Mərakeş Şahzadəsi Beynəlxalq Muğam Mərkəzində - FOTO

Mərakeş Şahzadəsi Beynəlxalq Muğam Mərkəzində - FOTO

Hazırda oxunan: Mərakeş Şahzadəsi Beynəlxalq Muğam Mərkəzində - FOTO
247974
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi Lalla Hasnaa mayın 6-da Beynəlxalq Muğam Mərkəzi ilə tanış olub.

Bizim.Media xəbər verir ki, qonağa mərkəz haqqında ətraflı məlumat verilib.
 

Bildirilib ki, Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı layihələr sırasında xüsusi əhəmiyyəti olan bu mərkəz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə inşa edilib.


Qeyd olunub ki, Prezident İlham Əliyev 2005-ci il aprelin 6-da Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb.

Beynəlxalq Muğam Mərkəzi ümumi sahəsi 7,5 min kvadratmetr olan üçmərtəbəli binadan ibarətdir. Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. 2008-ci il dekabrın 27-də istifadəyə verilən Beynəlxalq Muğam Mərkəzində 350 yerlik konsert salonu, klub, 80 nəfərlik restoran, dərs otaqları, səsyazma studiyası var.

Mərakeşin xanım Şahzadəsinə Beynəlxalq Muğam Mərkəzinin foyesində nümayiş olunan ekspozisiyada yer alan milli musiqi alətləri barədə də məlumat verilib.

Sonra konsert proqramı təqdim olunub.
 

Konsertdə Azərbaycan muğam sənətinin nadir nümunələri səsləndirilib, milli musiqimizin zənginliyi və bədii-estetik dəyərləri nümayiş etdirilib.


Beynəlxalq Muğam Mərkəzi ilə tanışlıq qonaqda xoş təəssürat yaradıb.

Mərakeş Şahzadəsi Beynəlxalq Muğam Mərkəzində - FOTO - foto 1
Mərakeş Şahzadəsi Beynəlxalq Muğam Mərkəzində - FOTO - foto 2
Mərakeş Şahzadəsi Beynəlxalq Muğam Mərkəzində - FOTO - foto 3
Mərakeş Şahzadəsi Beynəlxalq Muğam Mərkəzində - FOTO - foto 4
Mərakeş Şahzadəsi Beynəlxalq Muğam Mərkəzində - FOTO - foto 5
Mərakeş Şahzadəsi Beynəlxalq Muğam Mərkəzində - FOTO - foto 6
Mərakeş Şahzadəsi Beynəlxalq Muğam Mərkəzində - FOTO - foto 7
Mərakeş Şahzadəsi Beynəlxalq Muğam Mərkəzində - FOTO - foto 8
Mərakeş Şahzadəsi Beynəlxalq Muğam Mərkəzində - FOTO - foto 9
Mərakeş Şahzadəsi Beynəlxalq Muğam Mərkəzində - FOTO - foto 10
Mərakeş Şahzadəsi Beynəlxalq Muğam Mərkəzində - FOTO - foto 11

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO