Hacı İbrahim Nehrəmli məşhur binasını bu məmurun oğluna satdı – FOTO

Hacı İbrahim Nehrəmli məşhur binasını bu məmurun oğluna satdı – FOTO

Hazırda oxunan: Hacı İbrahim Nehrəmli məşhur binasını bu məmurun oğluna satdı – FOTO
247935
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, Məmməd Araz küçəsi 109 ünvanında yerləşən “Avesta Konserni” kimi tanınan hündürmərtəbəli qeyri-yaşayış binası satılıb.

Bizim.Media “demokrat.az”a istinadən xəbər verir ki, sözügedən binanın 14 milyon manata satıldığı deyilir.

“Avesta Konserni”nin sahibi, iş adamı hacı İbrahim Nehrəmliyə məxsus olmuş binanın yeni sahibi də məlum olub. Belə ki, “Avesta Konserni” binasının yeni sahibi Azərbaycanın sabiq hərbi prokuroru, Konstitusiya Məhkəməsinin hakimi Xanlar Vəliyevin oğlu Elşən Vəliyevdir.

Hazırda da Elşən Vəliyev sözügedən binada ofislərin təhvil-təslimi işinə rəhbərlik edir. Elşən Vəliyev ixtisasca hüquqşünasdır, Ukraynadakı Azərbaycan Ticarət Evinin təsisçisidir.

Binanın yeni səhmdarlarından digər birinin isə Dubaydan olan iş adamı olduğu deyilir.

Xatırladaq ki, “Avesta Konserni” 1996-cı ildə fəaliyyətə başlayıb.

Hacı İbrahim Nehrəmli məşhur binasını bu məmurun oğluna satdı – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO