DYP-dən Bakı-Qazax yolundakı qəza ilə bağlı AÇIQLAMA - FOTO

DYP-dən Bakı-Qazax yolundakı qəza ilə bağlı AÇIQLAMA - FOTO

Hazırda oxunan: DYP-dən Bakı-Qazax yolundakı qəza ilə bağlı AÇIQLAMA - FOTO
246542
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi ötən gün Bakı-Qazax yolunda baş verən qəza barədə məlumat yayıb.

İdarədən Bizim.Media-ya verilən məlumatda qeyd olunub ki, dünən saat 18:00 radələrində Ağcabədi rayon sakini Süleyman Zeyniyev düzgün qablaşdırılmamış yüklə dolu minik avtomobili ilə Bakı-Qazax avtomagistralında hərəkətdə olarkən, yükün dağılmasının qarşısını almaq məqsədilə nəqliyyat vasitəsini sol hərəkət zolağında dayandıraraq avtomobildən düşüb.
 

Bu zaman həmin zolaqda hərəkətdə olan “Avatr” markalı avtomobilin sürücüsü Pərviz Qəribov, güclü külək səbəbindən dağılmaqda olan yükü saxlamağa çalışan S.Zeyniyevi vurub və dayanmış avtomobillə toqquşub.


Nəticədə Süleyman Zeyniyev hadisə yerində həyatını itirib, onun sərnişini - həyat yoldaşı isə xəsarət alıb.

"Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları xəbərdarlıqlara laqeyd yanaşmamağa, baqaj daşınması qaydalarına ciddi riayət etməyə, məcburi dayanma zamanı mütləq zəruri təhlükəsizlik tədbirləri görməyə, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamağa çağırır", idarədən bildirilib.

DYP-dən Bakı-Qazax yolundakı qəza ilə bağlı AÇIQLAMA - FOTO - foto 1
DYP-dən Bakı-Qazax yolundakı qəza ilə bağlı AÇIQLAMA - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO