Türkmənistandan gətirilən pomidorlarda virus AŞKARLANDI - FOTO

Türkmənistandan gətirilən pomidorlarda virus AŞKARLANDI - FOTO

Hazırda oxunan: Türkmənistandan gətirilən pomidorlarda virus AŞKARLANDI - FOTO
245304
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkmənistanda fəaliyyət göstərən müəssisədən pomidor məhsulu idxalına məhdudiyyət qoyulub. 

Bizim.Media xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. 

Bildirilib ki, Agentliyin həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində “Katora 44” MMC-nin Türkmənistandan idxal etdiyi 56 ton pomidor məhsulundan nümunələr götürülərək müayinələrə cəlb olunub.

Nümunələrin laborator müayinəsi nəticəsində məhsul partiyalarında pomidor meyvələrinin qonur qırışıqlıq virusu (Tomato brown rugose fruit virus) aşkarlanıb.

Faktla bağlı məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib. Hazırda aşkar olunmuş halla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək, istehsalçı şirkətə məhdudiyyət tətbiq edilib və Türkmənistanın müvafiq qurumuna virus aşkarlanmış təsərrüfatda sağlamlaşdırıcı tədbirlərin görülməsi barədə bildiriş məktubu göndərilib.
 

Qeyd edək ki, pomidor meyvələrinin qonur qırışıqlıq virusunun əsas sahib bitkiləri pomidor, badımcan, bibər, tütün olub sirayətlənmə dərəcəsindən asılı olaraq pomidor təsərrüfatlarında 30-70% məhsul itkisinə səbəb olur.


Sözügedən virus məhsulun əmtəəlik keyfiyyətini və rəf ömrünü aşağı salır.

Virus beynəlxalq ticarətdə və ərazi daxilində əkin-səpin materialı, bitkinin müxtəlif hissələri, o cümlədən meyvələri ilə yayılır. Mexaniki yolla yayılma xüsusiyyətinin olması virusun daha geniş əraziləri sirayətləndirməsində önəmli rol oynayır.

Türkmənistandan gətirilən pomidorlarda virus AŞKARLANDI - FOTO - foto 1
Türkmənistandan gətirilən pomidorlarda virus AŞKARLANDI - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO