Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya seçkilər keçiriləcək

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya seçkilər keçiriləcək

Hazırda oxunan: Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya seçkilər keçiriləcək
24474
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya namizədlərin qeydə alınması prosesi başa çatıb. 

DMX-nin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, İctimai Şuranın üzvləri vətəndaş cəmiyyəti institutlarının iyulun 6-da saat 10:00-dan 16:00-dək Xidmətin inzibati binasında (Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202 ünvanında) keçiriləcək birgə yığıncaqda gizli səsvermə yolu ilə seçiləcəklər. 
 

MÖVZU İLƏ BAĞLI:

Dövlət Miqrasiya Xidmətindən tender AÇIQLAMASI – “Xəta bizimdir”


Birgə yığıncaqda təmsilçisinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları seçkiyə seçici qismində qatılacaq nümayəndə barədə zəruri məlumatları (soyadı, adı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə telefonları) göstərməklə, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya seçkilərin təşkilini həyata keçirən Seçki Komissiyasına müraciət etməlidir.

Məlumatlar iyunun 25-dək həftənin iş günləri saat 09:00-dan 18:00-dək Dövlət Miqrasiya Xidmətinə şəxsən və ya [email protected] elektron poçtu vasitəsilə təqdim oluna bilər.

İctimai Şuraya namizəd irəli sürməyən vətəndaş cəmiyyəti institutları da İctimai Şuranın üzvlərinin seçilməsində iştirak edə bilərlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO