Yevlaxda sərnişin avtobusu qəzaya düşdü - Çox sayda yaralı var – ADLAR

Yevlaxda sərnişin avtobusu qəzaya düşdü - Çox sayda yaralı var – ADLAR

Hazırda oxunan: Yevlaxda sərnişin avtobusu qəzaya düşdü - Çox sayda yaralı var – ADLAR
244378
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Zaqatala-Bakı marşutu üzrə hərəkət edən avtobus qəzaya düşüb.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral avtomobil yolunun Yevlax rayonu Xanabad kəndi ərazisindən keçən hissəsində baş verib.

Qəza zamanı avtobusda xəsarət alan 8 nəfər sərnişin Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbbi Yardım Şöbəsinə aparılıblar.

Xəsarət alan şəxslər aşağıdakılardır:

1988-ci il təvəllüdlü, Zaqatala rayonu Bəhmətli kənd sakini Şirinbəyova Rəqsanə Şahmalı qızı,

1960-cı il təvəllüdlü, Zaqatala rayonu Yeni Suvagil kənd sakini Məmmədova Leysanat İbad qızı,

Zaqatala rayonu Əliabad qəsəbə sakini Adilova Həlimə Ağabala qızı,

1967-ci il təvəllüdlü, Zaqatala rayon sakin Əliyev Qüdrət Abdulla oğlu,

2004-cü il təvəllüdlü Zaqatala rayonu Aşağı Tala kənd sakini Ramazanzadə Aysel Adil qızı,

1969-cu il təvəllüdlü Zaqatala rayonu Yeni Suvagil kənd sakini Babayeva Kifayət Hüseyn qızı,

1993-cü il təvəllüdlü Zaqatala rayonu Yeni Suvagil kənd sakini Babayev İlkin Yusif oğlu,

1983-cü il təvəllüdlü Zaqatala rayonu Yeni Suvagil kənd sakini Məmmədova Aygün Osman qızı.

Xəstəxanaya daxil olan şəxslərin hamısına lazımi ilkin tibbi yardım göstərilib, xəsarətləri yüngül olduğu üçün ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO