Polşa Ülpət Ağacanovu Azərbaycana təhvil verdi

Polşa Ülpət Ağacanovu Azərbaycana təhvil verdi

Hazırda oxunan: Polşa Ülpət Ağacanovu Azərbaycana təhvil verdi
243570
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın beynəlxalq axtarışa verdiyi Gürcüstan vətəndaşı Ağacanov Ülpət Fizuli oğlu Polşadan ekstradisiya edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Məlumata görə, ekstradisiya haqqında Baş Prokurorluğun vəsatəti Polşanın Lodz rayon məhkəməsi tərəfindən təmin edilib.
 

Bildirilib ki, Ülpət Ağacanovun qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən adam öldürmə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.


Şəxs 2024-cü ilin oktyabr ayında Polşanın Kutno şəhərində müəyyən edilərək həbs edilib. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Ü.Ağacanov aprelin 3-də Polşadan Azərbaycana gətirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO