Filarmoniya bağındakı royal nə vaxt İSTİFADƏYƏ veriləcək? – Rəsmi AÇIQLAMA – FOTO

Filarmoniya bağındakı royal nə vaxt İSTİFADƏYƏ veriləcək? – Rəsmi AÇIQLAMA – FOTO

Hazırda oxunan: Filarmoniya bağındakı royal nə vaxt İSTİFADƏYƏ veriləcək? – Rəsmi AÇIQLAMA – FOTO
243219
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Filarmoniya bağındakı royal bir müddətdir ki, istifadəyə bağlıdır.

Belə ki, bu royal bağda istirahət edənlər üçün maraq doğurur, həmçinin, orada müxtəlif ifalar da eşidilirdi. Buna görə də royalın qapalı olması bağa gedənləri bir qədər təəsüfləndirir, yenidən açılıb, açılmayacağı maraq doğurur.

Mövzuyla bağlı Bakı Abadlıq Xidmətinə sorğu ünvanladıq.  

Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Lalə Əliyevanın Bizim.Media-ya verdiyi məlumatda bildirilir ki, royalın işlək bir neçə hissəsində xəta yaranıb:

“Royalın ehtiyat hissələri xaricdən alınır. Həmin hissələr isə artıq sifariş verilib, gəldikdə royal yenidən açılacaq”.

Qeyd olunub ki, söhbəti gedən royal Bakı Abadlıq Xidmətinin Filarmoniya bağına hədiyyəsidir və eynisindən Xankəndidə də var.



Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO