Qırmızı Ürəklər Fondu 485 ailəyə bayram sevinci yaşatdı

Qırmızı Ürəklər Fondu 485 ailəyə bayram sevinci yaşatdı

Hazırda oxunan: Qırmızı Ürəklər Fondu 485 ailəyə bayram sevinci yaşatdı
242368
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xalqımızın milli mənəvi dəyərlərinin formalaşmasında xüsusi rolu olan bayramlar sevgi, həmrəylik və paylaşmaq üçün ən gözəl fürsətdir. Qırmızı Ürəklər Fondu-da bu fürsətdən istifadə edərək “Novruz payı” və “Ramazan payı” aksiyalarını həyata keçirib.

Fond könüllüləri ilə birlikdə Novruz və Ramazan bayramları münasibətilə Azərbaycanın 38 regionunda yaşayan 485 aztəminatlı ailəni ziyarət edərək onlara bayram sovqatlı təqdim edib.

Həmçinin bu il Fond tərəfindən həyata keçirilən “Ramazan payı” aksiyasına “Bravo” supermarketlər şəbəkəsi öz “Bərəkət paketi” sovqatları ilə qoşularaq 100 ailəyə dəstək göstərib.
 

Qırmızı Ürəklər Fondu bu layihələrlə cəmiyyətdə həmrəylik və paylaşmanın vacibliyini bir daha vurğulayıb. Layihələrin əsas məqsədi bayram sevincini hər evə, xüsusən də dəstəyə ehtiyacı olan ailələrə çatdırmaqdır. 


Videoları aşağıdakı linkdən izləyə bilərsiniz:

“Novruz payı” aksiyası: //rb.gy/s6osqs  

“Ramazan payı” aksiyası: //rb.gy/9mboek  

Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir.

Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün //redhearts.az saytına daxil olmaq kifayətdir.

Qırmızı Ürəklər Fondu 485 ailəyə bayram sevinci yaşatdı - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO