SON DƏQİQƏ! Tovuzda itkin düşən məktəbli TAPILDI

SON DƏQİQƏ! Tovuzda itkin düşən məktəbli TAPILDI

Hazırda oxunan: SON DƏQİQƏ! Tovuzda itkin düşən məktəbli TAPILDI
242330
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tovuzda itkin düşən 13 yaşlı qız tapılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Tovuzda itkin düşən 13 yaşlı qızın atası DANIŞDI – ÖZƏL


O bildirib ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A.S.-nin yeri Gəncə şəhərində müəyyən edilərək Tovuz Rayonuna gətirilib.

"Hazırda ailəsinə təhvil verilməsi gözlənilir", - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, Tovuz rayonun Bozalqanlı kənd sakini, 2012-ci il təvəllüdlü A.Süleymanova aprelin 2-də axşam saat 18:00 radələrində oxuduğu Bozalqanlı kənd tam orta məktəbindən çıxıb və evə geri qayıtmayıb. İki gün idi onun axtarışları davam edirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO