Beş ayda pensiyaçılara ödənilən vəsait açıqlandı

Beş ayda pensiyaçılara ödənilən vəsait açıqlandı

Hazırda oxunan: Beş ayda pensiyaçılara ödənilən vəsait açıqlandı
24177
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Pensiya təminatının gücləndirilməsi istiqamətində atılan addımlar bu istiqamət üzrə ödənilən vəsaitlərin də artımı ilə nəticələnir. 2021-ci ilin yanvar-may aylarında pensiyaçılara 1 milyard 958 milyon 600 min manat ödənilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 84,1 milyon manat və ya 4,5 faiz çoxdur. 

Bizim.Media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən  verilən məlumata görə, pensiyalarda artım dinamikasının davamı kimi, bu ilin əvvəlindən pensiyaların sığorta hissəsi 11,4 faiz indeksasiya edilərək artırılıb və artım 1,14 milyon pensiyaçını əhatə edib.

Həmçinin araşdırmalar nəticəsində 12 min 809 şəxsin pensiya məbləğlərinin qanunvericilikdə nəzərdə tutulandan aşağı məbləğdə hesablandığı müəyyən edilərək həmin şəxslərin pensiyaları artırılıb. 

Avtomatlaşdırılmış pensiya təyinatı sisteminin fəaliyyətinin davamı olaraq, son beş ayda 12,6 min şəxsə e-qaydada olmaqla proaktiv şəkildə pensiya təyin edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO