6 gündə təcili tibbi yardıma 30 minə yaxın müraciət daxil olub

6 gündə təcili tibbi yardıma 30 minə yaxın müraciət daxil olub

Hazırda oxunan: 6 gündə təcili tibbi yardıma 30 minə yaxın müraciət daxil olub
241214
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Bizim.Media xəbər verir ki, Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə 20.03.2025 - 26.03.2025-ci il tarixlərində 14 370 çağırış daxil olub.

Bu çağırışlardan 1 284 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.

58 region üzrə isə bayram günlərində təcili tibbi yardım xidmətinə 15 598 çağırış daxil olub. 1 597 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.

Daha çox 21 və 22 mart tarixlərində müraciət qeydə alınıb.

Belə ki, 21.03.2025-ci il tarixində müraciət sayı 2 159, hospitalizasiya olunanların sayı 191, 22.03.2025-ci il tarixində müraciət sayı 2 134, hospital olunanların sayı 199 təşkil edib.

Çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif travmalar, dispeptik əlamətlər, kardioloji və respirator xəstəliklər və s. ilə bağlı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO