Bu kərə yağlarında da uyğunsuzluq TAPILDI - SİYAHI

Bu kərə yağlarında da uyğunsuzluq TAPILDI - SİYAHI

Hazırda oxunan: Bu kərə yağlarında da uyğunsuzluq TAPILDI - SİYAHI
240119
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində "Allbuy" MMC və "Şamaxı Dairy Farm" MMC tərəfindən istehsal olunan kərə yağı məhsullarından nümunələr götürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
 

Bildirilib ki, nümunələrin sınaq nəticələrinə əsasən, kərə yağı adı ilə satılan məhsul partiyalarında bitki sterinləri − "Kampesterin" və "Beta-sitosterin" (bitki yağı) ilə yanaşı, yağ turşuları üzrə də uyğunsuzluq (Palmitin, Olein yağ turşuları) aşkarlanıb.


Agentlik tərəfindən sözügedən məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Həmçinin sahibkarlar barəsində inzibati tədbir görülüb, aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

Qeyd edək ki, aşkarlanan uyğunsuzluqlar qida məhsulunun təhlükəsizlik göstəriciləri ilə bağlı olmasa da, istehsalçı tərəfindən qanunvericiliyə zidd şəkildə istehlakçıların aldadılması və hüquqlarının pozulması hesab olunur. Belə ki, kərə yağı məhsullarının üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edilsə də, yoxlama zamanı məhsulun faktiki tərkibinə bitki yağının qatılması halı aşkar edilib.

Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:

Bu kərə yağlarında da uyğunsuzluq TAPILDI - SİYAHI - foto 1
Bu kərə yağlarında da uyğunsuzluq TAPILDI - SİYAHI - foto 2
Bu kərə yağlarında da uyğunsuzluq TAPILDI - SİYAHI - foto 3
Bu kərə yağlarında da uyğunsuzluq TAPILDI - SİYAHI - foto 4
Bu kərə yağlarında da uyğunsuzluq TAPILDI - SİYAHI - foto 5
Bu kərə yağlarında da uyğunsuzluq TAPILDI - SİYAHI - foto 6
Bu kərə yağlarında da uyğunsuzluq TAPILDI - SİYAHI - foto 7
Bu kərə yağlarında da uyğunsuzluq TAPILDI - SİYAHI - foto 8
Bu kərə yağlarında da uyğunsuzluq TAPILDI - SİYAHI - foto 9
Bu kərə yağlarında da uyğunsuzluq TAPILDI - SİYAHI - foto 10
Bu kərə yağlarında da uyğunsuzluq TAPILDI - SİYAHI - foto 11




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO