ADNSU-da Novruz şənliyi KEÇİRİLDİ - FOTO

ADNSU-da Novruz şənliyi KEÇİRİLDİ - FOTO

Hazırda oxunan: ADNSU-da Novruz şənliyi KEÇİRİLDİ - FOTO
240010
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Martın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Novruz bayramına həsr olunmuş tədbir keçirilib. 

Bizim.Media xəbər verir ki, bayram şənliyində tələbələrin hazırladıqları Novruz xonçaları və milli adət-ənənələrimizi özündə əks etdirən bayram şirniyyatları nümayiş olunub. 

Tədbirdə təbrik nitqi ilə çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov universitetin professor-müəllim heyətini və tələbələri milli bayram münasibətilə təbrik edib və onlara xoş arzularını çatdırıb.

Bu gün bütün suveren Azərbaycan torpaqlarında xalqımızın əsirlərdən süzülüb gələn adət-ənənələrini özündə birləşdirən, birlik və bərəkətin ifadəsi olan Novruz bayramının qeyd olunduğunu deyən dosent Rüfət Əzizov universitetin çoxminli kollektivinə, eləcə də bütün Azərbaycan xalqına əmin-amanlıq, bol ruzili illər, möhkəm cansağlığı arzulayıb. 
 

Novruz şənliyi ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblının bir-birindən fərqli rəqs nömrələri, Novruz bayramının məşhur personajları - kosa ilə keçəlin təqdimatında maraqlı səhnəciklər, müxtəlif oyunlar və “Dərviş bənd” qrupunun maraqlı musiqi nömrələri ilə davam edib. 


Sonra universitetin həyətində bayram tonqalı qalanıb.

ADNSU-da Novruz şənliyi KEÇİRİLDİ - FOTO - foto 1
ADNSU-da Novruz şənliyi KEÇİRİLDİ - FOTO - foto 2
ADNSU-da Novruz şənliyi KEÇİRİLDİ - FOTO - foto 3
ADNSU-da Novruz şənliyi KEÇİRİLDİ - FOTO - foto 4
ADNSU-da Novruz şənliyi KEÇİRİLDİ - FOTO - foto 5
ADNSU-da Novruz şənliyi KEÇİRİLDİ - FOTO - foto 6
ADNSU-da Novruz şənliyi KEÇİRİLDİ - FOTO - foto 7
ADNSU-da Novruz şənliyi KEÇİRİLDİ - FOTO - foto 8
ADNSU-da Novruz şənliyi KEÇİRİLDİ - FOTO - foto 9
ADNSU-da Novruz şənliyi KEÇİRİLDİ - FOTO - foto 10
ADNSU-da Novruz şənliyi KEÇİRİLDİ - FOTO - foto 11
ADNSU-da Novruz şənliyi KEÇİRİLDİ - FOTO - foto 12
ADNSU-da Novruz şənliyi KEÇİRİLDİ - FOTO - foto 13
ADNSU-da Novruz şənliyi KEÇİRİLDİ - FOTO - foto 14

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO