“Röyanın bu hərəkətini trendə çevirməliyik” – Deputat

“Röyanın bu hərəkətini trendə çevirməliyik” – Deputat

Hazırda oxunan: “Röyanın bu hərəkətini trendə çevirməliyik” – Deputat
238783
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi Xalq artisti Röya Ayxan 8 Mart Beynəlxalq Qadınlar Günü və Ramazan ayı münasibəti ilə aztəminatlı ailələri sevindirib. Belə ki, müğənni 100 aztəminatlı ailəyə, ən əsası isə qadına maddi yardım edib.

Təbii ki, ifaçının bu nəcib addımı ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Millət vəkili Arzuxan Əlizadə deyib ki, Raya Ayxanın atdığı bu addım olduqca təqdirəlayiqdir:

“İmkansız insanlara dəstək olmaq, onlara yardım etmək, ehtiyacı olan insanları təkcə bayram günlərində yox, adi günlərdə də anmaq böyük savabdır, hünərdir. Belə addımları təbliğ etmək lazımdır ki, cəmiyyətdəki digər imkanlı adamlar da bu trendə qoşulsunlar.

Heç kimə sirr deyil ki, imkanlı şəxslər bəzən vəsaitlərini lazım olmayan və məqsədi bilinməyən yerlərə xərcləyirlər. Baxmayaraq ki, çevrəmizdə kifayət qədər diqqətə, qayğıya ehtiyacı olan insanlar var. Elə insanlara maddi-mənəvi dəstək göstərmək hər birimizin borcudur. Lakin imkanlı şəxslər üçün bu həm də vacibdir. Bu mənada Röya Ayxanın nəcib təşəbbüsü təşviq edilməlidir ki, digər imkanlı şou əhli də bu trendə qoşulsun. Çalışmalıyıq ki, yaxşı, xeyirxah addımlar trendə çevrilsin”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO