“Vətən” restoranında YOXLAMA: Anti-sanitar vəziyyət, müddəti bitmiş kolbasalar... - FOTO

“Vətən” restoranında YOXLAMA: Anti-sanitar vəziyyət, müddəti bitmiş kolbasalar... - FOTO

Hazırda oxunan: “Vətən” restoranında YOXLAMA: Anti-sanitar vəziyyət, müddəti bitmiş kolbasalar... - FOTO
238750
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Vətən” restoranında istehlaka yararsız məhsullar aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyini (AQTA) məlumat yayıb.

Bildirilib ki, Nəsimi rayonu, Tbilisi prospekti 58 ünvanında fəaliyyət göstərən “ATJ” MMC-yə məxsus “Vətən” restoranında agentliyin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı emal sahəsində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, temperatur rejiminə əməl edilmədiyi məlum olub.

Həmçinin iaşə obyektində baytarlıq sənədi olmayan heyvan mənşəli məhsulların və yararlılıq müddəti bitmiş kolbasa məhsullarının istehlaka təqdim edildiyi aşkarlanıb. Emal edilmiş məhsullardan və ətlərdən nümunə götürülərək laborator müayinələrə cəlb olunub.

Faktla bağlı obyektin anbarı və çörək emalı sahəsinin fəaliyyəti məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib edilib.

“Vətən” restoranında YOXLAMA: Anti-sanitar vəziyyət, müddəti bitmiş kolbasalar... - FOTO - foto 1
“Vətən” restoranında YOXLAMA: Anti-sanitar vəziyyət, müddəti bitmiş kolbasalar... - FOTO - foto 2
“Vətən” restoranında YOXLAMA: Anti-sanitar vəziyyət, müddəti bitmiş kolbasalar... - FOTO - foto 3
“Vətən” restoranında YOXLAMA: Anti-sanitar vəziyyət, müddəti bitmiş kolbasalar... - FOTO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO