Təhsil İdarəsindən Gəncədəki bıçaqlanmaya REAKSİYA

Təhsil İdarəsindən Gəncədəki bıçaqlanmaya REAKSİYA

Hazırda oxunan: Təhsil İdarəsindən Gəncədəki bıçaqlanmaya REAKSİYA
238719
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, ötən gün Gəncə şəhərində 11-ci sinif şagirdi Ə.İ. bıçaqlanıb. İddia olunurdu ki, hadisə şəhərdə yerləşən çayxanalardan birində 2009-cu il təvəllüdlü E.Ə tərəfindən törədilib.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən Bizim.Media-ya bildirilib ki, hadisədə iştirak edən tərəflərdən heç biri məktəbli deyil.

“Gəncə şəhərində baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı bildiririk ki, tərəfimizdən araşdırma aparılıb. Araşdırmanın nəticəsinə əsasən hadisədə iştirak edən tərəflərdən heç biri Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagird kontingentində yoxdur. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”, - rəsmi məlumatda vurğulanıb.

Qeyd edək ki, Gəncə Şəhər Baş Polis İdarəsinin keçirdiyi tədbirlərlə 2007-ci il təvəllüdlü Ə.İ-yə kəsici-deşici alətlı xəsarət yetirməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü E.Ə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO