Bakıda binaların eyvanlarından paltar ipləri sökülür -  VİDEO

Bakıda binaların eyvanlarından paltar ipləri sökülür - VİDEO

Hazırda oxunan: Bakıda binaların eyvanlarından paltar ipləri sökülür - VİDEO

238387
Yasamal rayon İcra Hakimiyyəti şəhərin estetik görünüşünün pozulmaması üçün mərkəzi prospektlərdə yaşayan sakinlərə eyvanlardan paltar asmağı qadağan edib.xa0

Moderator.az -ın “Xəzər” TV-yə istinadən məlumatına görə, ötən gün rayon polis idarəsinin və ərazi üzrə mənzil istismar sahələrinin əməkdaşları bir neçə binada, evyanda paltar qurutmaq üçün asılan ipləri söküblər.

64 saylı Mənzil İstismar Sahəsinin rəisi Sədulla Abıyev bildirib ki, paltar iplərinin yığışdırılmasının səbəbi binaların ümumi görünüşünə xələl gətirilməsi ilə əlaqədardır.xa0

Onun sözlərinə görə, paltarı qurutmaq üçün alternativ vasitələr var və bunlardan istifadə şəhərdə xoşagəlməz görüntünün qarşısını almaqda daha effektli olar.

Polis əməkdaşları Mikayıl Müşfiq küçəsində icazəsiz reklam lövhələrini də yığışdırıb. Həmin lövhələri qoyan obyekt sahiblərinə isə ciddi xəbərdarlıq edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO