Azərbaycanın tanınan idman jurnalisti Abbas Əzimov vəfat edib.
81 yaşlı A.Əzimov son aylar sağlıq durumu ilə bağlı problemlər yaşayırdı.
Onuxa0 futbol statistikası sahəsində hamının üz tutduğu ən dəqiq və etibarlı mənbə kimi tanıyırdılar. Özü də təkcə Azərbaycan futbolu yox, həm də dünya və Avropa çempionatları ilə əlaqadar statistika sahəsində…
Abas Əzim oğlu Əzimov 19 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olub. Səkkizinci sinfi bitirəndən sonraxa0 Neft texnikumunu, sonra isə Bakı axşam məktəbini bitirib. Əmək fəaliyyətinə 1962-ci ildə Azərbaycan televiziyasında fəhlə kimi başlayıb və eyni zamandaxa0 Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.xa0xa0
Onun idman jurnalistikasına gəlişi mərhum Valid Sənaninin adı ilə bağlıdır. Məşhur telejurnalistxa0 marağını nəzərə alaraqxa0 onu 1967-ci ildə idman proqramları redaksiyasına dəvət edib. Əvvəlcə redaktor kimi fəaliyyətə başlayan Abas müəllimxa0 sonralar baş redaktorun müavini vəzifəsinədək irəliləyib.xa0 1997-ci ildən əmək fəaliyyətini AFFA-da davam etdirirdi.xa0
Ölkəmizin ən stajlı idman statisti kimi tanınan Abas Əzimov son vaxtlar AFFA-da fəaliyyət göstərən futbol muzeyinin direktoru idi.
O, “Neftçi -70”, “Azərbaycan milli komandası”, “Futbolumuzun futzal salnaməsi”, “Xatirələrdə yaşayanlar” vəxa0 “Futbolumuz müstəqillik dövründə”xa0 kitablarının müəllifidir.
Allah rəhmət eləsin...






































































































