Aydan Rəhimli: “Sağ qalmağım bir möcüzədir”

Aydan Rəhimli: “Sağ qalmağım bir möcüzədir”

Hazırda oxunan: Aydan Rəhimli: “Sağ qalmağım bir möcüzədir”
237867
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Dəhşətli təyyarə qəzası zamanı öz vəzifə borcumu yerinə yetirərək əlimdən gələni etməyə çalışdım. Mən peşəkar iş yoldaşlarının qəhrəmanlığı sayəsində həyatdayam. Sağ qalmağım bir möcüzədir”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri AZAL-ın təyyarə qəzasında sağ qalan, “Rəşadət” ordeni alan ilk xanım Aydan Rəhimli “Konstitusiya və Suverenlik” ili çərçivəsində keçirilən 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə çıxış edərkən səsləndirib.

"Bəzən həyat bizi gözlənilməz sınaqlarla üz-üzə qoyur. O anda biz içimizdəki gücü, iradəni hiss edirik. Amma birlikdə çalışdığın əməkdaşları itirmək çox ağırdır”, - A. Rəhimli deyib.

Daha sonra o, Azərbaycan qadınının gücündən danışıb:
 

“Azərbaycan qadını güclüdür, bundan əlavə, həm də zərifdir. Azərbaycan qadını lazım gələndə düşmənə qarşı savaşan bir qəhrəman, çətin anlarda yol göstərən ana və fədakarlıq nümunəsi olan bacıdır.


Mən istərdim ki, bu müsbət keyfiyyətlərimizi heç vaxt itirməyək, əksinə daha da möhkəmləndirək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO