Göz altındakı qaralmanın səbəbləri nədir? - DİQQƏTLƏ OXUYUN

Göz altındakı qaralmanın səbəbləri nədir? - DİQQƏTLƏ OXUYUN

Hazırda oxunan: Göz altındakı qaralmanın səbəbləri nədir? - DİQQƏTLƏ OXUYUN
232055
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gözaltı qara dairələr çox vaxt yorğunluq və ya estetik narahatlıq kimi qəbul edilsə də, bəzən ciddi sağlamlıq problemlərinə bir işarədir.

Bizim.Media e-saglam.az saytına istinadən xəbər verir ki, bu dairələr yuxusuzluq, anemiya, susuzluq, stress və allergiya kimi müxtəlif səbəblərdən yarana bilər.

Dəmir çatışmazlığı ilə əlaqəli anemiya qadınlarda daha çox görülür və müalicə edilmədikdə yorğunluq və ürək problemlərinə səbəb olur.

Susuzluq böyrəklərin düzgün işləməməsi ilə əlaqədardır, bu da toksinlərin bədəndən təmizlənməsinə mane olur. Stress isə hormonal balanssızlığa səbəb olaraq dəri sağlamlığını pisləşdirə və gözaltı qaralmalara gətirib çıxara bilər.
 

Allergiyalar və sinus tıkanıklığı da qara dairələrə səbəb olan amillərdən biridir və müalicə edilmədikdə ağırlaşmalara yol aça bilər. Qara dairələrin azaldılması üçün yuxu rejiminə riayət etmək, dəmir və antioksidantlarla zəngin qidalar istehlak etmək, bol su içmək və soyuq kompreslər tətbiq etmək faydalıdır.


Aloe vera, yaşıl çay paketləri və göz kremləri də dəriyə müsbət təsir göstərə bilər. Lakin, qara dairələr uzunmüddətli davam edərsə və digər simptomlarla müşayiət olunarsa, mütləq həkimə müraciət etmək vacibdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO