Dünən suyu belə alıblar 
 - 45 dərəcə istidə susuz qalanlar...

Dünən suyu belə alıblar - 45 dərəcə istidə susuz qalanlar...

Hazırda oxunan: Dünən suyu belə alıblar - 45 dərəcə istidə susuz qalanlar...

231669
“Azərbaycan İstilik Elektrik Stansiyası”nın yarımstansiyalarının birində baş vermiş qəza ilə bağlı bir neçə gündür ki, Bakıda suyu verilməsində fasilələr yaranıb. Bəzi rayonlarda isə 4 gündür su tamamilə kəsilib.

Dünən “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı mediaya açıqlamasında sabahdan (bu gündən) əhalinin fasiləsiz su ilə təmin olunacağını bildirmişdi.

Ötən axşam prezident İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirilən müşavirədəxa0 “Azərsu” sədri Qorxmaz Hüseynov qeyd edib ki, suyun mənbələrdən verilişi tam bərpa edilib:

"Şəhərin 92-93 faizinə su veririk. Anbarlarda ehtiyatımız 45-50 faizdir. Sabah səhər saatlarında tam rejimə çıxacağıq".

"Qafqazinfo"ya müraciət edən sakinlər hələ də Bakının bir sıra rayonlarında problemin həll edilmədiyini vurğulayıblar.xa0

Sosial şəbəkələrdə isə Günəşli qəsəbəsində sakinlərin maşınlardan su aldığını əks etdirən şəkil paylaşılıb. Foto geniş müzakirələrə səbəb olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO