DİQQƏT: Bəzi ərazilərdə işıq olmayacaq

DİQQƏT: Bəzi ərazilərdə işıq olmayacaq

Hazırda oxunan: DİQQƏT: Bəzi ərazilərdə işıq olmayacaq
231458
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisinə daxil olan Yeni Ramana qəsəbəsində 6 kV-luq hava xəttində aparılan təmir işləri ilə əlaqədar yanvarın 24-də elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 09:30-dan saat 13:00-dək qəsəbənin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bizim.Media xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən bildirilib.

Bununla yanaşı, Yardımlı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən və yeni tikilən 35/10 kV-luq “Sırıq” yarımstansiyasının sxemə qoşulması, həmçinin 35 kV-luq hava xəttində aparılacaq təmir işləri ilə əlaqədar yanvarın 24-də elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 12:00-dan saat 14:00-dək şəhərin bir sıra mərkəzi küçələrində, eləcə də Allar, Bürzünbül, Çay Üzü, Dağ Üzü, Daşkənd, Köryədi, Kürəkçi, Sırıq, Vəlixanlı, Vərgədüz kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq.

Təmir və yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO