Daşkəsəndə yanacaq daşıyan maşın dərəyə aşdı, 2 nəfər öldü

Daşkəsəndə yanacaq daşıyan maşın dərəyə aşdı, 2 nəfər öldü

Hazırda oxunan: Daşkəsəndə yanacaq daşıyan maşın dərəyə aşdı, 2 nəfər öldü
231077
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Daşkəsəndə ölümlə nəticələnən yol qəzası olub.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaraqollar kəndi yaxınlığında qeydə alınıb. Şirkətə məxsus yanacaq daşıyan "Ural" markalı yük avtomobili dərəyə aşıb.

Nəticədə iki nəfər hadisə yerində ölüb. Hadisə yerinə huquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inpektoru, polis mayoru Eşqin Qasımov bildirib ki, Daşkəsən rayonu Qoşqar dağı ərazisində “Ural” markalı yanacaq daşıyan avtomobilin aşması barədə Daşkəsən Rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əmıkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.


Araşdırmalar zamanı məlum olub ki, sürücü 58 yaşlı, Daşkəsən rayon sakini Fəxrəddin Həsənovun idarəetməni itirməsi nəticəsində avtomobil aşmış hadisə nəticəsində sürücü və 27 yaşlı Laçın rayon sakini Orxan Səmədov ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO