
- A-
- A
- A+
Cəmiyyət
14:00 / 19.01.2025
1 dəq oxunma
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO
Hazırda oxunan: Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO
230715
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edən “KİA” markalı, 01-CL-379 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İbrahim Şükürov saxlanılıb.
Bu barədə Bizim.Media-ya Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən məlumat verilib.
Bildirilib ki, sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə İ.Şükürovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən




































































































