Bakıda məşhur restoran sökülür - FOTO

Bakıda məşhur restoran sökülür - FOTO

Hazırda oxunan: Bakıda məşhur restoran sökülür - FOTO
230589
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verildiyi kimi Paytaxtın Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə start verilib. Layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla sözügedən ünvanda bəzi obyektlər sökülür.

Bizim.Media xəbər verir ki, sökülən obyektlərdən biri də Əliyar Əliyev küçəsində yerləşən “Antrikot” restoranıdır. Yeni yolun tikintisi ilə əlaqədar artıq restoranın söküntü işlərinə başlanılıb.

Məlumat üçün bildirək ki, Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.

Yolun çəkilişi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Söküntü, köçürülmə və digər məsələlərlə də məhz Agentlik məşğul olur.

Bakıda məşhur restoran sökülür - FOTO - foto 1
Bakıda məşhur restoran sökülür - FOTO - foto 2
Bakıda məşhur restoran sökülür - FOTO - foto 3
Bakıda məşhur restoran sökülür - FOTO - foto 4


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO