Audi 32 ildən sonra A8 modelinin istehsalını dayandırdı – Foto

Audi 32 ildən sonra A8 modelinin istehsalını dayandırdı – Foto

Hazırda oxunan: Audi 32 ildən sonra A8 modelinin istehsalını dayandırdı – Foto
647085
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Almaniyanın avtomobil istehsalçısı Audi 32 ildir istehsal etdiyi lüks A8 sedan modelinin istehsalına son qoyub.

Bizim.Media xəbər verir ki, sonuncu avtomobil oktyabrın ortalarında Almaniyanın Nekarsulm şəhərindəki zavodun konveyerindən çıxıb. Şirkət A8 modeli üzrə fərdi sifarişləri isə 2026-cı il fevralın 18-də dayandırmışdı.

1994-cü ildə Cenevrə avtosalonunda təqdim olunan Audi A8 dörd nəsil ərzində istehsal edilib. Modelin satışları 2025-ci ildə əvvəlki illə müqayisədə təxminən 14 faiz azalıb.

A8-in istehsalından boşalan istehsal gücü A5 Sedan və A5 Avant modellərinə yönəldiləcək. Audi-nin yeni flaqman modeli isə iyul ayında təqdim edilən Q9 lüks SUV avtomobili olub.

Şirkət A8 modelinin varisinin 2026-cı ilin sonlarına doğru təqdim edilməsini planlaşdırır.

Audi 32 ildən sonra A8 modelinin istehsalını dayandırdı – Foto - foto 1
Audi 32 ildən sonra A8 modelinin istehsalını dayandırdı – Foto - foto 2
Audi 32 ildən sonra A8 modelinin istehsalını dayandırdı – Foto - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO